Afrika Millətlər Kuboku 21 dekabr tarixində Mərakeşdə start götürəcək.
Matc.az xəbər verir ki, turnir, “Sanderlend” üçün ciddi kadr problemləri yarada bilər. "Qara pişiklər" İngiltərə liqalarındakı komandalar arasında ən çox futbolçu itirə biləcək komanda hesab olunur.
“Sanderlend”in 4 futbolçusunun milli komandalarına qoşulacağı artıq dəqiqləşib. Daha üçü isə turnirin startına yaxın yığmaya çağırıla bilər. Bu isə mövsümün ən gərgin dövründə komandanın 7 oyunçudan məhrum qalması riskini yaradır.
Digər klublar arasında mümkün itkilərin sayına görə ən yaxın rəqib “Vulverhempton”dur. Komanda ümumilikdə 5 futbolçusunu itirə bilər (üçü dəqiq, ikisi isə qeyri-müəyyən vəziyyətdədir).
Bununla yanaşı, “Arsenal”, “Nyukasl”, “Çelsi” və “Lids Yunayted” kimi klublardan turnirə gedəcək heç bir futbolçu yoxdur. “Mançester Siti” isə 2 oyunçusunu Afrika Millətlər Kubokuna göndərə bilər.
Afrika Millətlər Kuboku dekabrın 21-də başlayacaq və 2026-cı ildən 18 yanvar tarixində başa çatacaq.







_1764719501.jpg)




