03 Dekabr 2025, 11:15
FUTBOL
"Arsenal"ın hücumçusu Qabriel Jezus karyerasını ölkəsində davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "TV Espirito de Porco" məlumat yayıb.
"Palmeyras" braziliyalı forvardı heyətinə qatmaq istəyir. A Seriyası klubu Jezusu satınalma bəndi ilə icarəyə götürmək üçün London təmsilçisi ilə danışıqlara başlayıb.
28 yaşlı futbolçu Braziliya milli komandası ilə dünya çempionatında iştirak etmək üçün daha çox oynaya biləcəyi kluba keçmək istəyir.
Qeyd edək ki, zədəsini bir müddət əvvəl sağaldan Qabriel Jezus bu mövsüm "Arsenal"ın heyətində rəsmi oyunlarda iştirak etməyib.









_1764719501.jpg)


