03 Dekabr 2025, 11:51
FUTBOL
"Qremio"nun müdafiəçisi Luis Eduardo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Diario AS" nəşri məlumat yayıb.
"Mançester Yunayted" və "Çelsi" U-17 dünya çempionatında uğurlu performans göstərən futbolçunu transfer etmək istəyir. Hər iki klub 17 yaşlı mərkəz müdafiəçisi üçün onun klubu ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Luis Eduardo "Qremio"nun U-20 komandasında çıxış edir.










_1764719501.jpg)

