"Flamenqo"nun futbolçusu Everton Soares karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Matc.az xəbr verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

"Beşiktaş" braziliyalı vingeri transfer etmək istəyir. 29 yaşlı oyunçunun klubu ilə müqaviləsi gələn ilin 30 iyun tarixində başa çatır. Bunu nəzərə alan "qara qartallar" təcrübəli futbolçunu yanvar ayında heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, Everton Soares bu mövsüm "Flamenqo"nun heyətində keçirdiyi 39 oyunda 4 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest