03 Dekabr 2025, 13:41
FUTBOL
"İnter"in yarımmüdafiəçisi Davide Frattezi komandadan ayrıla bilər.
Matc.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.
İtaliyalı futbolçu az forma şansı qazanmasından razı deyil. "Yuventus" Frattezi ilə maraqlanır. Turin təmsilçisi yanvar ayında 26 yaşlı oyunçu üçün onun klubuna təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, Davide Frattezi bu mövsüm "İnter"in heyətində 12 oyunda meydana çıxıb.












