03 Dekabr 2025, 14:09
FUTBOL
"Fənərbaxça"nın müdafiəçisi Cayden Oostervolde İtaliyaya qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə "Akşam" nəşri məlumat yayıb.
"Yuventus" niderlandlı futbolçunu transfer etmək istəyir. A Seriyası nəhəngi Oostervolde üçün yanvar ayında Türkiyə klubuna təklif göndərəcək. İstanbul təmsilçisi 24 yaşlı mərkəz müdafiəçisini 20 milyon avroya satmağa hazırdır.
Qeyd edək ki, "Fənərbaxça" Cayden Oostervoldeni 2023-cü ilin yanvar ayında "Parma"dan transfer edib. O, cari mövsümdə komandanın 21 oyunda meydana çıxıb.












