"Beşiktaş"ın sabiq futbolçusu Faruk Karadoğan dünyasını dəyişib.

Matc.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Keçmiş hücumçu 77 yaşında vəfat edib.

Qeyd edək ki, Faruk Karadoğan 1965-1972-ci illərdə "Beşiktaş"ın formasını geyinib. O, Türkiyə millisinin heyətində keçirdiyi 14 oyunda 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest