03 Dekabr 2025, 17:37
FUTBOL
"Bavariya" fransalı müdafiəçi Saşa Boye ilə qış transfer dövründə yollarını ayıra bilər.
Matc.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Münhen klubu 25 yaşlı futbolçunu 15 milyon avroluq təklif gələcəyi halda buraxmağa hazırdır. Boye ilə “Kristal Pelas”ın maraqlandığı bildirilir. Lakin İngiltərə klubu futbolçunu icarəyə götürmək istəyir.
Qeyd edək ki, Saşa Boye "Bavariya"ya 2024-cü ildə "Qalatasaray"dan transfer olunub. O, cari mövsümdə bütün turnirlərdə 14 oyun keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.












