FIFA və "Lego" şirkəti içərisində dünya çempionatı kubokunun təsviri oluduğu xüsusi dəst buraxacaqlar.

Matc.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytı məlumat yayıb.

Xüsusi konstruksiya dəstinin buraxılışı qarşıdan gələn 2026-cı il dünya çempionatı zamanı nəzərdə tutulub.

Kubok 1:1 miqyasında yığılacaq. Dəst 2842 ədəd parçadan ibarət olacaq. FIFA və "Lego"nun birgə məhsulu 2026-cı il dünya çempionatının qrup mərhələsinin başlamasından əvvəl satışa çıxarılacaq.

Xatırladaq ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada keçiriləcək. Yarışın ilk oyunu 11 iyun 2026-cı ildə baş tutacaq. Turnir 19 iyulda keçirilməsi planlaşdırılan final oyunu ilə başa çatacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest