"Flamenqo" mövsümün başa çatmasına bir tur qalmış Braziliya çempionu olub.

Matc.az xəbər verir ki, Rio de Janeyro təmsilçisi tarixində 8-ci titulunu qazanıb.

Komanda 37-ci turda "Seara" üzərində 1:0 hesablı qələbə əldə edib. Qalibiyyət topunu 37-ci dəqiqədə Samuel Lino vurub. Bununla da "qırmızı-qaralar" "Palmeyras" üçün əlçatmaz olub.

Qeyd edək ki, "Qarabağ"ın sabiq futbolçusu Juninyo "Flamenqo"nun formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest