06 Dekabr 2025, 21:38
FUTBOL
"Qalatasaray"ın yarımmüdafiəçisi Qabriel Sara İngiltərəyə qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.
Bildirilir ki, "Lids" klubu braziliyalı futbolçunu transfer etmək istəyir. Premyer Liqa təmsilçisi Saranı yanvar ayında heyətinə qatmağa çalışacaq. İstanbul nəhəngi 26 yaşlı orta xətt oyunçusunu 20 milyon avroya satmağa hazırdır.
Qeyd edək ki, "Qalatasaray" Qabriel Saranı 2024-cü ilin yayında "Norviç"dən 18 milyon avroya transfer edib. O, bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 20 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.












