"Milan" Aleksis Salemakersin müqaviləsinin müddətini uzadacaq.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Artıq belçikalı yarımmüdafiəçi ilə razılıq əldə olunub. A Seriyası nəhəngi 26 yaşlı futbolçu ilə yaxın günlərdə rəsmi sözləşmə imzalayacaq. Yeni müqavilədə oyunçunun maaşı artırılacaq.

Qeyd edək ki, Aleksis Salemakers bu mövsüm "Milan"ın heyətində keçirdiyi 18 oyunda 2 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest