15 Dekabr 2025, 16:14
FUTBOL
"Bavariya"nın heyətində ciddi itki baş verib.
Matc.az xəbər verir ki, Münhen təmsilçisinin qapıçısı Manuel Noyer sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Almaniyalı qolkiper Bundesliqanın 16-cı turunun "Maynts"la matçında (2:2) ayaq əzələsindən zədə alıb. 39 yaşlı futbolçunun yaşıl meydanlara qayıdacağı tarix açıqlanmayıb.
Qeyd edək ki, Manuel Noyer bu mövsüm "Bavariya"nın heyətində 25 rəsmi matçda iştirak edib.






_1765818873.jpg)





