Turan Tovuz” bu gün Azərbaycan Premyer Liqasının 16-cı turunun açılış matçında “Kəpəz”lə qarşılaşıb.

Matc.az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən matçdan sonra tovuzluların baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı olub. Türkmənistanlı çalışdırıcı 2:0 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:

“Bu gün son oyun idi və çox vacib idi. Uşaqlar da bu məsuliyyəti dərk edirdi. Bir çox zədəli oyunçularımız var idi, bəziləri öz mövqelərində oynamırdılar. Bu vacib qələbəyə görə futbolçularımı təbrik edirəm. Kifayət qədər təcrübəli məşqçiyəm, keçən oyunda azarkeşlərin “istefa” çağırışlarına fikir vermirdim. Nəinki Azərbaycan, heç Rusiya mətbuatını belə, izləmirəm. Yanvarın 4-ü 18-i arası Türkiyədə toplanışda olacağıq”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest