"Real" İspaniya La Liqasının 20-ci turunda doğma meydanda "Levante"ni qəbul edib.2:0 hesabı ilə məğlub edib.

Matc.az xəbər verir ki, "Santyaqo Bernabeu" stadionunda baş tutan qarşılaşmada meydan sahibləri iki cavabsız qolla qələbə qazanıb.

Madrid klubunun qollarını Kilian Mbappe (58-ci dəqiqə, penalti) və Raul Asensio (65-ci dəqiqə) vurublar.

Qeyd edək ki, "Real" Alvaro Arbeloanın rəhbərliyi altında ilk qələbəsini qazanıb.

Madridlilər 48 xalla turnir cədvəlində 2-ci yerdə qərarlaşıb. Turnir cədvəlinə 49 xalla "Barselona" başçılıq edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest