"Real"ın hücumçusu Kilian Mbappe bütün zamanların ən çox qol vuran fransız futbolçuları arasında ikinci yerə yüksəlib.

Matc.az xəbər verir ki, İspaniya La Liqasının 20-ci turunda "Levante" üzərində 2:0 hesablı qələbə qazanılan oyunda vurduğu qol 27 yaşlı hücumçunun peşəkar karyerasındakı 412-ci qolu olub.

Bu nailiyyətlə Mbappe 411 qolla karyerasını başa vuran Tyerri Anrini geridə qoyub.

Siyahıya Kərim Benzema başçılıq edir. Hazırda "Əl-İttihad"da oynayan Fransa millisinin keçmiş kapitanı həm klub səviyyəsində, həm də milli komandada 513 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest