18 Yanvar 2026, 11:30
FUTBOL
"Milan"ın əsas qapıçısı Mayk Meynyan klubla uzunmüddətli yeni müqavilə bağlayacaq.
Matc.az xəbər verir ki, bu barədə Nikolo Şira məlumat yayıb.
Bildirilir ki, tərəflərin 2031-ci ilin yayına qədər davam edəcək müqavilə imzalaması gözlənilir. Fransız futbolçunun maaşı ildə 7 milyon avro və əlavə bonuslar nəzərdə tutulub.
Qeyd edək ki, Meynyan 2021-ci ildən bəri Milan klubunda çıxış edir. Bu mövsüm qapıçı bütün yarışlarda 23 oyun keçirib, 19 qol buraxıb və 10 dəfə qapısını toxunulmaz saxlayıb.






_1768728774.jpg)




