"Roma" rəhbərliyi ilə hücumçu Paulo Dibala arasında müqavilənin uzadılması ilə bağlı danışıqlar çıxılmaz vəziyyətə düşüb və bu, ulduz oyunçunun mövsüm bitdikdən sonra klubdan ayrılmasına səbəb ola bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Nikolo Şira yayıb.
Dibalanın hazırkı müqaviləsi iyun ayında bitir, ona görə də o, artıq digər klublarla azad agent kimi transfer barədə danışıqlar apara bilər.
32 yaşlı argentinalı futbolçu 2022-ci ilin yayında "Yuventus"dan ayrıldıqdan sonra "Roma"ya azad agent kimi keçib. Dibala klubun əsas oyunçularından olsa da, təkrarlanan zədələrdən əziyyət çəkməyə davam edib.
Bu mövsüm o, 19 matçda cəmi 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
"Transfermarkt" hazırda Dibalanı 5 milyon avro dəyərində qiymətləndirir.











_1768728774.jpg)
