"Renn"in yarımmüdafiəçisi Seko Fofana karyerasını Portuqaliyada davam etdirəcək.

Matc.az xəbər verir ki, "Portu" Fil Dişi Sahili millisinin üzvünü icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı futbolçu yaya qədər "əjdahalar"ın formasını geyinəcək.

Qeyd edək ki, Seko Fofana bu mövsüm "Renn"in heyətində keçirdiyi 12 oyunda 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest