"Liverpul" "Renn"də çıxış edən Jeremi Jakenin keçidini həll edib.

Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

Artıq klublar arasında razılıq əldə olunub. Fransa U-21 millisinin üzvü 1 iyul tarixində "Liverpul"un düşərgəsinə qoşulacaq. "Qırmızılar" 20 yaşlı mərkəz müdafiəçisi üçün onun klubuna 63 milyon avro ödəyəcək.

Qeyd edək ki, Jeremi Jake bu mövsüm "Renn"in heyətində 19 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest