13 Fevral 2026, 00:32
FUTBOL
"Çelsi" "Bavariya" ilə "Brayton"un qapıçısı Bart Verbruqqen üçün rəqabət apara bilər. London klubu "qağayılar"a 50 milyon funt-sterlinq (57,5 milyon avro) təklif etməyə hazırdır.
Matc.az xəbər verir ki, bu barədə TEAMtalk məlumat yayıb.
Bildirilir ki, 23 yaşlı qapıçı bu yay "Brayton"dan ayrılmağa hazırdır. "Çelsi" Robert Sançes ilə rəqabət yaratmaq üçün Verbruqqeni almaqda maraqlıdır. Almaniya nəhəngi isə niderlandlı futbolçunu 39 yaşlı Manuel Noyerin əvəzedicisi kimi görür.
Qeyd edək ki, bu mövsüm Verbruqqen bütün yarışlarda 26 oyunda meydana çıxıb və 5 görüşdə qapısını toxunulmaz saxlayıb. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında qolkiperin dəyəri 35 milyon avrodur.












