13 Fevral 2026, 00:19
FUTBOL
İngilis cinah oyunçusu Rahim Sterlinq Niderlandın "Feyenoord" klubuna keçib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı futbolçu Niderland klubuna azad agent kimi keçib və 2025/26 mövsümünün sonuna qədər müqavilə imzalayıb. Müqavilənin maliyyə detalları açıqlanmayıb.
Xatırladaq ki, Rahim Sterlinq "Çelsi" ilə müqaviləsini yanvarın 28-də, vaxtından əvvəl ləğv edib. O, London klubunda 81 oyun keçirib, 19 qol vurub və 15 məhsuldar ötürmə edib.












