13 Fevral 2026, 18:25
FUTBOL
"Bayer" Srvena Zvezda"nın hücumçusu Aleksa Damyanoviçi transfer edib.
Matc.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Leverkuzenlilər 17 yaşlı forvard üçün Serbiya klubuna 5 milyon avro təzminat ödəyib. Gənc futbolçu yayda "Bayer"in düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, Serbiya U-19 millisinin üzvü olan Aleksa Damyanoviç bu mövsüm Belqrad təmsilçisinin heyətində keçirdiyi 20 oyunda 1 qol vurub.












