"Brentford"un hücumçusu İqor Tiaqo İngiltərə Premyer Liqasında yanvarın ən yaxşı oyunçusu seçilib.

Matc.az xəbər verir ki, bu barədə çempionatın mətbuat xidməti məlumat yayıb.

Braziliyalı forvard mütəxəssislərin və azarkeşlərin səslərinə əsasən hamını qabaqlayıb.

Qeyd edək ki, İqor Tiaqo ötən ay Premyer Liqada keçirdiyi 5 oyunda 5 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest