"Barselona" İspaniya Kral Kuboku yarımfinalının ilk oyununda "Atletiko"ya 4:0 hesabı ilə məğlub olduqdan sonra hakimlərdən şikayət etməyi düşünür.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Mundo Deportivo" paylaşıb.

Bildirilir ki, Kataloniya klubu bir neçə məsələ ilə bağlı Kral İspaniya Futbol Federasiyasına (RFEF) rəsmi şikayət edə bilər.

"Barselona" "Atletiko"nun hücumçusu Culiano Simeonenin müdafiəçi Aleks Baldeyə qarşı kobudluğa görə qırmızı vərəqə almamasından, eləcə də ikinci hissənin 52-ci dəqiqəsində Pau Kubarsinin qolunun hesaba alınmamasından narazıdır.

Hakim Xuan Martinez Munueranın qolu ofsayd səbəbindən hesaba almaması 6 dəqiqədən çox çəkib. Gecikmə yarıavtomatlaşdırılmış ofsayd aşkarlama sistemindəki xəta ilə bağlı olub. Buna görə də qərar ənənəvi video təkrara əsasən verilib.

Qeyd edək ki, komandalar arasında İspaniya Kral Kuboku yarımfinalının ikinci oyunu martın 3-də keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest