"Qalatasaray"ın hücumçusu Viktor Osimhen karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Atletiko" yayda nigeriyalı forvardı transfer etmək istəyir. La Liqa nəhəngi Aleksandr Sörlotu satıb onu yerinə Osimheni heyətinə qatmağı planlaşdırır. Madrid təmsilçisi qarşıdakı aylarda Türkiyə klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Viktor Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində keçirdiyi 21 oyunda 15 qol vurub, 1 qol ötürməsi edib. 27 yaşlı futbolçunun "sarı-qırmızılar"la müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest