13 Fevral 2026, 09:20
FUTBOL
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) Bilbao "Atletik"inə 2028-ci ilə qədər yeni oyunçu qeydiyyatdan keçirməyi qadağan edib.
Matc.az xəbər verir ki, bu qərar İspaniya klubunun təşkilatın tənzimləyici tələbləri ilə bağlı çoxsaylı pozuntularına görə verilib.
Transfer qadağası 2028-ci ilin yanvar ayına qədər tətbiq olunub.
Qeyd edək ki, "Atletik" İspaniya çempionatın 23 oyundan sonra 28 xalla 10-cu yerdə qərarlaşıb. La Liqanın turnir cədvəlinə 58 xalla "Barselona" başçılıq edir.






_1770977915.jpg)





