"Tottenhem" yayda hücumçu Rişarlisonla yollarını ayıracaq.

Matc.az xəbər verir ki, bu barədə ESPN televiziyası məlumat yayıb.

London təmsilçisi braziliyalı forvardın qiymətini müəyyənləşdirib. Paytaxt klubu 28 yaşlı forvard üçün 25 milyon avro tələb edəcək.

Braziliya millisinin üzvünün növbəti dayanacağının Türkiyə Super Liqası olacağı bildirilir.

 

Qeyd edək ki, Rişarlison bu mövsüm "Tottenhem"in heyətində keçirdiyi 31 oyunda 8 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest