"Lill" mövsümün sonunda müqaviləsi başa çatan Olivye Jiru ilə bağlı qərar verib.

Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi fransalı hücumçunun sözləşməsinin müddətini uzatmayacaq. Bu barədə "L'Équipe" nəşri məlumat yayıb.

39 yaşlı forvardın performansında eniş hiss yaşandığı üçün belə qərar verilib. Fransa millisinin üzvü yayda klubu azad agent statusu ilə tərk edəcək.

Qeyd edək ki, Olivye Jiru bu mövsüm "Lill"in heyətində keçirdiyi 31 oyunda 7 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest