ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino İngiltərə Premyer Liqasına qayıda bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

"Tottenhem" sabiq çalışdırıcısını komandaya qaytarmaq istəyir. Argentinalı mütəxəssis özü də Londona qayıtmağa isti yanaşır. Dünya çempionatını başa çatdıqdan sonra Poçettinonun paytaxt təmsilçisinin baş məşqçisi postuna təyin olunması yüksək qiymətləndirilir.

Qeyd edək ki, 53 yaşlı mütəxəssis 2014-2019-cu illərdə "Tottenhem"in baş məşqçisi vəzifəsində çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest