"Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ağdamlılar doqquzuncu günü iki məşqlə başa vurub.

Günün ilk məşqi yerli vaxtla 11:00-da start götürüb və 90 dəqiqə davam edib. Futbolçular isinmə hərəkətlərinin ardından toplu çalışmaları yerinə yetirib. Hazırlıq taktiki çalışmalarla başa çatıb.

Günün ikinci məşqi isə yerli vaxtla 18:00-da start götürüb. Bu məşqdə isə futbolçular ikitərəfli oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest