Uesli Fofana mövsümün sonunda "Çelsi"dən ayrıla bilər.

Matc.az xəbər verir ki, bu barədə "Topskills Sports UK" məlumat yayıb.

London təmsilçisi yayda fransalı mərkəz müdafiəçisini satmağı planlaşdırır. Klub 25 yaşlı futbolçuya 50 milyon avro qiymət qoyub. "Mavilər" oyunçunu bu məbləğə satmağa hazırdır.

Qeyd edək ki, Uesli Fofana bu mövsüm "Çelsi"nin heyətində bütün turnirlərdə keçirdiyi 30 oyunda 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest