"İnter"in mərkəz müdafiəçisi Alessandro Bastoni "Barselona"nın növbəti mövsüm üçün prioritet transfer hədəfidir.

Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Bildirilir ki, kataloniyalılar hesablamalarına görə, 26 yaşlı futbolçunu 55-60 milyon avroya əldə edə biləcəklər.

İtaliya millisinin müdafiəçisinin hazırkı maaşı ildə 5,5 milyon avrodur. "İnter" oyunçuya 7 milyon avro dəyərində yeni müqavilə təklif etmək istəyir. "Barselona" isə oyunçuya daha çox pul ödəməyə hazır olduğunu bildirib.

"Transfermarkt" Bastoninin dəyərini 70 milyon avro olaraq qiymətləndirir. Xatırladaq ki, o, 2021-ci ildə İtaliya millisinin heyətində Avropa çempionu olub.

Bu mövsüm müdafiəçi bütün yarışlarda 35 oyun keçirib, 2 qol vurub və 6 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest