"Arsenal"ın yarımmüdafiəçisi Martin Subimendi sıradan çıxıb.

Matc.az xəbər verir ki, futbolçu İspaniya milli komandasının düşərgəsində zədələnib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Subimendi dizindən zədə alıb. 27 yaşlı dayaq yarımmüdafiəçisi sabah Misirlə keçiriləcək yoldaşlıq oyununda iştirak etməyəcək.

Qeyd edək ki, Martin Subimendi bu mövsüm "Arsenal"ın heyətində keçirdiyi 44 oyunda 6 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest