"Barselona" Robert Levandovskinin mövsümün sonunda başa çatan müqaviləsinin müddətini uzatmağı planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

Kataloniya təmsilçisi polşalı forvarda yaxın günlərdə yeni sözləşmə təklif edəcək. Yeni müqavilədə 37 yaşlı futbolçunun maaşının azaldılması nəzərdə tutulub.

Qeyd edək ki, Robert Levandovski bu mövsüm "Barselona"nın heyətində keçirdiyi 37 oyunda 16 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest