Mövsümün sonunda "Mançester Yunayted"dən ayrılacağını açıqlayan Kazemiro karyerasını ABŞ-də davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"İnter Mayami" Braziliya millisinin üzvünü heyətinə qatmaq istəyir. MLS təmsilçisi artıq 34 yaşlı dayaq yarımmüdafiıəçisi ilə danışıqlara başlayıb. Avropa və Səudiyyə Ərəbistanı klublarından təklif alan təcrübəli futbolçu ABŞ-də oynamağa daha isti yanaşır.

Qeyd edək ki, Kazemiro bu mövsüm "Mançester Yunayted"in heyətində keçirdiyi 30 oyunda 7 qol vurub, 2 qol ötürməsi edib. Onun İngiltərə klubu ilə müqaviləsi yayda başa çatır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest