30 Mart 2026, 11:15
FUTBOL
Romelu Lukaku mövsümün sonunda "Napoli"dən ayrıla bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat yayıb.
Belçikalı forvard dünya çempionatından sonra Neapol təmsilçisini tərk edəcək. 32 yaşlı futbolçu ilə Türkiyə, Səudiyyə Ərəbistanı klubları maraqlanır. Həmçinin təcrübəli oyunçunun ilk klubu olan "Anderlext" də onu heyətinə qatmaq istəyir.
Qeyd edək ki, Romelu Lukaku bu mövsümün xeyli hissəsini zədə səbəbindən buraxıb. O, cari mövsümdə "Napoli"nin heyətində keçirdiyi 7 oyunda 1 qol vurub.





_1774869758.jpg)






