"Fənərbaxça"nın futbolçusu Marko Asensio karyerasını ölkəsində davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Real Sosyedad" ispaniyalı hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. La Liqa təmsilçisi Asensio üçün İstanbul klubu ilə danışıqlara başlamağı planlaşdırır.

30 yaşlı futbolçu ilə "Sevilya" və "Vilyarreal" da yaxından maraqlanır.

Qeyd edək ki, Marko Asensio bu mövsüm "Fənərbaxça"nın heyətində keçirdiyi 36 oyunda 13 qol vurub, 14 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest