17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundunda bu gün son oyununa çıxacaq.

Matc.az xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan millimiz Bolqarıstanın Plovdiv şəhərindəki son görüşündə Malta yığması ilə qarşılaşacaq. “Nikola Şterev - Starika İdman Kompleksi”ndə keçiriləcək matç Bakı vaxtı ilə saat 14:00-da başlanacaq. Qarşılaşmanı Şimali Makedoniya və Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

30 mart

14:00. Azərbaycan (U-17) – Malta (U-17)
Baş hakim: 
Trpçevski Stoyanço (Şimali Makedoniya)
Baş hakimin köməkçiləri: Darko Vidiniç (Şimali Makedoniya), Todor Vukov (Bolqarıstan)
Dördüncü hakim: Georgi Stoyanov (Bolqarıstan)
Plovdiv, Nikola Şterev - Starika İdman Kompleksi

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest