İngiltərə Premyer Liqasında martın ən yaxşı oyunçusu müəyyənləşib.

Matc.az xəbər verir ki, "Mançester Yunayted"in kapitanı Bruno Fernandeş ötən ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı yarımmüdafiəçisi ekspertlərin və azarkeşlərin səslərinə əsasən qalib olub.

Qeyd edək ki, Bruno Fernandeş martda İngiltərə çempionatında keçirdiyi 4 oyunda 2 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest