"Turan Tovuz" Bizon Azərbaycan Kuboku yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində "Zirə"ni qəbul edir.

Matc.az xəbər verir ki, Tovuz klubu Mehdi Hüseynzadə adına Respublika Stadionunda keçirilən oyunun ilk hissəsində ciddi itki ilə üzləşib.

Filip Ozobiç qarşılaşmanın 27-ci dəqiqədə zədələnərək meydanı tərk edib. 34 yaşlı yarımmüdafiəçinin əvəzinə meydana Rəhim Sadıxov daxil olub.

Qeyd edək ki, hazırda "Turan Tovuz" – "Zirə" matçında fasilədir və hesab açılmayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest