05 Aprel 2026, 12:36
FUTBOL
Ötən gün İngiltərə Kubokunun 1/4 final mərhələsində "Mançester Siti" "Liverpul"la üz-üzə gəlib.
Matc.az xəbər verir ki, oyun "şəhərlilər"in 4:0 hesablı qələbəsi ilə nəticələnib.
Meydan sahiblərinin heyətində 39, 45+2 və 57-ci dəqiqələrdə fərqlənən Erlinq Haland het-trikə imza atıb. Daha bir qolu isə 50-ci dəqiqədə Semenyo vurub.
Bu, komandanın cari mövsümdə "Liverpul" üzərində ardıcıl üçüncü qələbəsi olub. Daha əvvəl "Siti" Premyer Liqa çərçivəsində mersisaydlıları 2:1 və 3:0 hesabı ilə üstələmişdi.
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola üçün bu, turnirdən asılı olmayaraq komandasının "Liverpul"a ardıcıl 3 dəfə qalib gəldiyi karyerasında ilk belə haldır.












