"Yuventus"un əfsanəvi sabiq kapitanı Alessandro Del Pyero İtaliya Futbol Federasiyasında mühüm vəzifə tuta bilər.

Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Nikola Şira paylaşıb.

Tərəflər artıq mümkün tərəfdaşlıq barədə danışıqlara başlayıblar və bu, iyun ayında başlaya bilər. Keçmiş oyunçunun namizədliyini bir neçə italyan siyasətçisi dəstəkləyir və onlar Del Pyeronun İtaliya futbolunun idarə olunmasında iştirakını tələb edirlər.

Xatırladaq ki, İtaliyanın seçmə mərhələnin pley-off finalında Bosniya və Herseqovinaya 3:1 hesabı ilə məğlub olması səbəbindən ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilməməsindən sonra təşkilatın əvvəlki prezidenti Qabriele Qravina istefa verib. Yeni president seçkiləri isə iyunun 22-nə planlaşdırılıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest