"Borussiya" və "Liverpul"un keçmiş baş məşqçisi Yurgen Klopp özünü heç vaxt görkəmli məşqçi hesab etmədiyini bildirib.
Matc.az xəbər verir ki, o, məşqçi olduğu müddətdə çox iş gördüyünü və çoxlu suallar yarandığını və həmişə müəyyən bir vəziyyətdə necə davranacağını bilməyəcəyini qeyd edib.
"Məşqçi olanda özümü heç vaxt görkəmli məşqçi hesab etməmişəm. Heç vaxt etməmişəm və bu, doğrudur. Hər gün çox işim olurdu, başımda çoxlu suallar var idi və həmişə nə edəcəyimi bilmirdim. Haradan bilə bilərdim ki?
Əgər insanlar dünyanın ən yaxşısı hesab etdiyim Xosep Qvardiola ilə mənim aramdakı rəqabətin müstəsna olduğunu deyirlərsə, əlbəttə ki, bu, mənim də kifayət qədər yaxşı məşqçi olduğum deməkdir. Mən bunu bilirdim, amma heç vaxt tam başa düşməmişəm. Artıq məşqçi deyiləm və vau, məlum oldu ki, həqiqətən də yaxşı idim", - deyə Klopp açıqlama verib.
Qeyd edək ki, Klopp 2015-ci ilin oktyabrından 2024-cü ilin yanvarına qədər "Liverpul"da baş məşqçilik edib. O, klubda çalışdığı müddətdə Çempionlar Liqasında qələbə qazanıb və Premyer Liqa çempionluğu yaşayıb.












