Rumıniya millsinin sabiq baş məşqçisi Mirça Luçesku müalicəyə cavab vermir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı AS nəşri paylaşıb.

Bildirilir ki, 80 yaşlı məşqçi reanimasiya şöbəsinə köçürülüb. Bir neçə gün əvvəl rumıniyalı məşqçi infarkt keçirib və Buxarest xəstəxanasına aparılıb.

Həkimlər çərşənbə axşamı ürək əməliyyatı keçirən xəstənin şənbə günü yenidən ciddi ürək aritmiyaları keçirdiyini və vəziyyətinin gecə pisləşdiyini, bunun da reanimasiya şöbəsinə köçürülməsinə səbəb olduğunu bildirirlər.

Xatırladaq ki, Luçesku Rumıniya milli komandasının məşqi zamanı huşunu itirdikdən sonra xəstəxanaya yerləşdirilib. Onun rəhbərliyi altında milli komanda 2026-cı il dünya çempionatına vəsiqə qazanmaq üçün pley-off mərhələsində Türkiyəyə 1:0 hesabı ilə uduzub və turnirə vəsiqə qazana bilməyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest