"Beşiktaş" yeni mövsüm üçün hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Matc.az xəbər verir ki, istanbul nəhənginin əsas hədəfi "Bayer"də çıxış edən Patrik Şikdir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

"Qara qartallar" çexiyalı forvardı yayda heyətə qatmağa çalışacaqlar. Baş məşqçi Sergen Yalçın Şiki komandasında görmək istəyir. "Beşiktaş" 30 yaşlı futbolçunun transferi üçün 30 milyon avroluq büdcə ayırıb.

Qeyd edək ki, Patrik Şik bu mövsüm "Bayer"in heyətində keçirdiyi 34 rəsmi matçda 15 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli hücumçunun Leverkuzen təmsilçisi ilə müqaviləsi 2030-cu ilin yayına kimidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest