09 Aprel 2026, 13:16
FUTBOL
"Herta"nın yarımmüdafiəçisi Kennet Ayxxorn karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
"Mançester Siti" almaniyalı futbolçunu transfer etmək istəyir. 16 yaşlı dayaq yarımmüdafiəçisinin klubu ilə müqaviləsində 12 milyon avroluq sərbəstqalma maddəsi yer alıb. Şəhərlilər gənc oyunçu üçün bu məbləği ödəməyə hazırdır.
Qeyd edək ki, Kennet Ayxxorn bu mövsüm "Herta"nın heyətində II Bundesliqada 13 oyunda meydana çıxıb. O, Almaniyanın U-17 millisinin üzvüdür.


_1676119785_1775743701.jpg)







_1775734187.jpg)
_1775733808.jpg)
