AFFA İntizam Komitəsinin iclası keçirilib.

Matc.az xəbər verir ki, iclasda Bizon Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları ilə bağlı aşağıdakı qərarlar verilib:

“Turan Tovuz” – “Zirə” görüşündə bölgə təmsilçisinin azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə klub 5000 manat cərimə edilib.

Qarşılaşma  bitdikdən sonra “Turan Tovuz” klubunun idarə heyətinin sədri Ehtiram Quliyev AFFA-nın, onun orqanlarının və ya üzv təşkilatlarının nüfuzunu və etibarlılığını qəsdən alçaldan, şübhə altına qoyan açıqlamalar verdiyinə klub 15000 manat cərimələnib.

4 nəfər sarı vərəqə aldığı üçün “Zirə” komandası 700 manat cərimə ödəyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest