"Həlledici anlarda, adətən olduğu kimi, kifayət qədər effektiv olmadıq. İlk oyunda, xüsusilə ikinci hissədə çox yaxşı çıxış etdik, lakin qələbəni qazana bilmədik".
"Atletiko" UEFA Çempionlar Liqası yarımfinal mərhələsinin cavab oyununda səfərdə "Arsenal"a 0:1 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.
Matc.az xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone qarşılaşmadan sonra açıqlama verib. Argentinalı mütəxəssis məyus olduğunu bildirib:
"Həlledici anlarda, adətən olduğu kimi, kifayət qədər effektiv olmadıq. İlk oyunda, xüsusilə ikinci hissədə çox yaxşı çıxış etdik, lakin qələbəni qazana bilmədik.
Cavab görüşündə isə ikinci hissədə bizdən maddi və texniki baxımdan daha üstün imkanlara malik çox güclü komandaya qarşı yaxşı oynadıq. Buna baxmayaraq, öz gücümüz və əzmkarlığımız sayəsində inanılmaz mübarizə apardıq.
Mümkün penalti epizodu? Artıq bunun heç bir əhəmiyyəti yoxdur. Qrizmanna qarşı qayda pozuntusuna görə penalti verilməli idi. İlk oyunda buna bənzər başqa bir penalti təyin olunmamışdı. Futbolda belə hallar baş verir. Hakimlər həm sənin xeyrinə, həm də əleyhinə səhv edə bilərlər. Bu dəfə, görünür, onların səhvləri bizim xeyrimizə olmadı.
Məyusluq var, amma keçdiyimiz yol möhtəşəm idi. Uduzmağın müxtəlif yolları var. Oyunçulara heç nə deyə bilmərəm. Daha artığını edə bilməzdik. Heç kimin gözləmədiyi halda yarımfinala qədər irəlilədik. Hazırda məyusam, lakin bunu qəbul etməliyik. Bu səviyyəyə çatmaq üçün çox çalışan “Arsenal”ı təbrik edirəm. Arteta inanılmaz iş görür. Onların adına sevinirəm".




_1778065196.jpg)
_1778064537.jpg)






