14 May 2026, 13:43
FUTBOL
"Qalatasaray" Mario Lemina ilə yola davam edəcək.
Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.
Türkiyə çempionu qabonlu futbolçu ilə 1+1 illik yeni müqavilə imzalayacaq. 32 yaşlı dayaq yarımmüdafiəçisinin illik maaşı 3 milyon avro təşkil edəcək.
Qeyd edək ki, Mario Lemina bu mövsüm İstanbul nəhənginin heyətində bütün turnirlərdə keçirdiyi 41 oyunda 3 qol vurub, 2 qol ötürməsi edib.








_1778759398.jpg)




